Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında 50-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 74 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər çox olmaqla 135 m3/s və ongünlük normanın 83 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici təqribən eyni olmaqla 57 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Bankədə 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım müşahidə olunub, Surrada isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2013-cü il yanvarın 07-də 422 sm), Şirvanda 342 sm (2013-cü il yanvarın 07-də 323 sm ), Salyanda 308 sm (2013-cü il yanvarın 07-də 309 sm ), Bankədə 253 sm (2013-cü il yanvarın 07-də 254 sm), Araz çayının Novruzlu məntəqəsində isə 211 sm (2013-cü il yanvarın 07-də 193 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB