Qar yağacaq PROQNOZ

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamasında deyib ki, yanvarın 8-də gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Onun sözlərinə görə, paytaxtda və yarımadada havanın temperaturunun gecə 1-4, gündüz 5-8 dərəcə isti olacağı ehtimal olunur: "Ölkənin bölgələrində hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə