Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi əvvəllər DVB-T sosial rəqəmsal TV paketinə daxil edilmiş xarici telekanalların yayımını dayandırıb. İB-dən SİA-ya verilən xəbərə görə, hazırda respublika ərazisində yayımlanan sosial rəqəmsal TV paketi yerli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV və Xəzər TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.
Bundan əvvəl sınaq dövründə açıq rəqəmsal zərfə bir sıra xarici telekanallar daxil idi. Sınaq işləri uğurla başa çatıb. Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir".
Respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB