Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmiş 12,7 millimetr çaplı "Mübariz" yeni snayper tüfənginin silahlanmaya qəbul olunması gözlənilir. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir deyib ki, artıq silah üzərində tamamlanma işləri gedir.
Müasir optik nişangahla təchiz edilmiş tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB