Yaxın üç gün ərzində Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti müşahidə olunacaq
Yaxın üç gün ərzində Azərbaycan ərazisində nisbətən mülayim, sabit hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya bildirilib ki, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4 dərəcə, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarında yanvarın 7-də hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılıb. Səhər və axşam saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti qeydə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB