Azərbaycan Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı komaya düşən və nəticədə həmin anda körpəsini itirən anaya baş çəkib. SİA-nın xəbərinə görə, bu barədə millət vəkilinin özü "facebook" səhifəsində məlumat paylaşıb.
A.Mirzəzadə paytaxtdan xüsusi olaraq xəstə üçün göndərilən həkimlə də danışıb: "Yanvarın 4-5-də Mingəçevirdə Doğum evində oldum və orada Esmira Ocaqverdiyevanın səhhəti, müalicəsi ilə maraqlandım. Baş həkim, reanematolq, anestezoloqla görüşdüm. Görüşdə Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş reanematoloqu və şəhər xəstəxanasının baş həkiminin müavini də iştirak edirdi. Xəstəyə baş çəkdik, onun vəziyyəti ilə yerində tanış olduq. Əslində görüşdüyüm insanların son on gündə bütün fəaliyyətləri demək olar ki, E.Ocaqverdiyeva ilə bağlıdır. Doğum evinin baş həkimi ilk iki günü bütün günü xəstənin palatasında olub, hətta gecə də orada qalıb. Xəstənin daxili orqanları işləyir, adını çağıranda gözünü açır, qanında oksigenin səviyyəsi normaya yaxınlaşır. Doğuş zamanı o həyatını itirməyə çox yaxın idi".
"Bakıdan gələn reanematolq yerli həkimlərlə birgə görülən işlərdən danışdı, xəstənin vəziyyətinin günü-gündən yaxşlaşdığını bildirdi. Həkim otağında söhbətdə xəstənin tez ayılması və sağalması üçün görüləcək işlərdən, Mingəçevir xəstəxanasında aparılan təmirdən sonra səhiyyənin şəraitinin yaxşlaşacağından danışıldı" - deyə A.Mirzəzadə sözlərinə əlavə edib.
Sonda xəstənin qohumları ilə görüşən millət vəkili onlara situasiya barədə danışıb, onları dinləyib və qaldırdıqları problemin həlli ilə məşğul olacağını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl bir ana Mingəçevir Mərkəzi Xəstəxanasında doğuş zamanı komaya düşüb və eyni anda körpəsini itirib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB