"Singapore Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya bildiriblər ki, məcburi eniş yerli vaxtla saat 00:55 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, sərnişinlər hazırda Bakıdadır və eniş edən təyyarənin Bakı vaxtı ilə 16:20-də uçacağı gözlənilir. Uçuş üçün Sinqapurdan digər təyyarə göndərilib.
Qeyd edək ki, London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB