Azərbaycan voleybolçuları dünya çempionatının finalına vəsiqə qazanıblar

Azərbaycan voleybolçuları dünya çempionatının finalına vəsiqə qazanıblar

Yanvarın 5-də Azərbaycan milli komandası qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində həlledici oyununu keçirib.

J qrupunda Serbiya yığması ilə qarşılaşan millimiz rəqibinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionatının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, son dərəcə gərgin idman mübarizəsi şəraitində keçən oyunun taleyi beşinci hissədə həll olunub. Bu hissədə 18:16 hesablı qələbə sayəsində Azərbaycan voleybolçuları qrupda birinci yeri tutublar.

Faiq Qarayevin yetirmələrini bu mühüm və əzmkar qələbə münasibəti ilə təbrik edir, komandamıza dünya çempionatının finalında da uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə