Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 10,7 milyon ton olub

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 10,7 milyon ton olub

2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 10,7 milyon ton təşkil edib. Yüklərin 56,3 faizini neft, 43,7 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, dəniz limanlarında 11,5 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 85 faizini beynəlxalq tranzit yüklər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə