2013-cü ildə metrodan istifadə edən sərnişinlərin sayı 187,3 milyon nəfər olub

2013-cü ildə metrodan istifadə edən sərnişinlərin sayı 187,3 milyon nəfər olub

Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə 2013-cü ilin yanvar-noyabr aylarında 114,6 milyon ton yük, 1386,6 milyon sərnişin daşınmış və 2012-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 və 8,1 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Yük dövriyyəsi 6,1 faiz, sərnişin dövriyyəsi isə 9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı isə 5,8 faiz artaraq 187,3 milyon nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə