Polşalı diplomat yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb. Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib.
Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB