Ermənistan silahlı qüvvələri atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi pozub

Erməni silahlı bölmələri yanvarın 3-də və 4-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə