Müdafiə Sənayesi Nazirliyi “Orbiter-2M” tipli 10 pilotsuz uçuş aparatı istehsal edib

Müdafiə Sənayesi Nazirliyi “Orbiter-2M” tipli 10 pilotsuz uçuş aparatı istehsal edib

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2013-ci ildə 10 "Orbiter-2M" tipli pilotsuz uçuş aparatı istehsal edilib. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir deyib ki, istehsal edilmiş bu uçuş aparatlarının bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. Y.Camalov, həmçinin vurğulayıb ki, nazirliyin müəssisələrində istehsal olunan "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələrinə 14,5 millimetrlik pulemyotla təchiz edilib döyüş modulları quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə