Yanvarın 4-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
Dünya çempionatının seçmə mərhələsində J qrupun oyunlarının keçirildiyi Azərbaycan Voleybol Mərkəzində milli komandamız Estoniya voleybolçuları ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Azərbaycan millisi 3:0 hesabı ilə qalib gəlib.
Komandamızın növbəti rəqibi Serbiya yığması olacaq. Bu görüş yanvarın 5-də Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, çempionatın üçüncü mərhələsində 5 qrupun hər birində 4 komanda olmaqla, ümumilikdə 20 ölkənin milli komandası mübarizə aparacaq. Qrupda birinci yeri tutan komanda dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Qrup ikinciləri arasında ən yaxşı nəticə göstərmiş bir kollektiv də həlledici mərhələyə yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB