Buludlu hava şəraiti sabah da davam edəcək

Buludlu hava şəraiti sabah da davam edəcək

"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, paytaxtda və yarımadada havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Məlumata əsasən, yanvarın 5-də ölkənin bölgələrində havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir: "Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə