İnternet xidmətlərinin ucuzlaşdırılması istiqamətində tədbirlər planı hazırlanır
Dövlət tərəfindən Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində yeni tədbirlər planı hazırlanır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bu barədə danışarkən deyib ki, adətən bazarda internet xidmətləri dövlət tərəfindən tənzimlənmir. Lakin tariflərin ucuzlaşmasında dövlətin də rolu var.
Azərbaycanda mövcud internet tariflərinin aşağı salınması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən xüsusi plan hazırlanıb və yaxın vaxtlarda açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB