Sabah hava yağıntılı olacaq

"Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var, səhər zəif duman olacaq. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, yanvarın 4-də paytaxtda və yarımadada havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti olacaq.

Ölkənin rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq: "Axşam Şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə