Avropada ilin ən yaxşı idmançıları elan edilib

Avropada ilin ən yaxşı idmançıları elan edilib

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) məlumatına görə, Rusiyanın yüngül atleti Yelena İsinbayeva Avropada ilin ən yaxşı qadın idmançısı adını qazanıb. Şüvüllə tullanma üzrə məşhur idmançi 2005-ci və 2008-ci illərdə də bu şərəfə nail olmuşdu. Keçən il Moskvada Y.Esenbayeva altı ildən sonra yenidən dünya çempionu adını qazanmışdı. İdmançı ana olması ilə əlaqədar karyerasında fasilə vermişdi. O, 2015-ci ildə yenidən idmana qayıtmağı planlaşdırır.

Beş min və on min metr məsafəyə qaçış üzrə ikiqat Olimpiya çempionu Mo Fara (Böyük Britaniya) isə Avropada kişilər arasında ilin ən yaxşı idmançısı adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə