Pirallahı rayonunda sakinlərin suya tələbatı ödənilir

Pirallahı rayonunda sakinlərin suya tələbatı ödənilir

Pirallahı qəsəbəsinin məhəllədaxili su və kanalizasiya xətləri yenidən qurulur. Rayon icra hakimiyyətindən bildiriblər ki, qəsəbə ərazisində inşası nəzərdə tutulmuş 72 kilometrlik su, 60 kilometrlik kanalizasiya xətlərinin tikintisi davam etdirilir. İndiyədək su xətlərinin 60, kanalizasiya xətlərinin 20, yağış sularının axıdılması xətlərinin isə 10 faizində işlər yekunlaşmışdır. Eyni zamanda, qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənmişdir. Hər bir abunəçinin smart-kart tipli sayğacla təmin olunması da nəzərdə tutulmuşdur.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatdıqdan sonra Pirallahı sakinləri 24 saat ərzində keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması işləri 2014-cü ildə başa çatdırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə