5 ildir övlad gözləyən ananın bu həsrətinə yeni ildə son qoyulub
2014-cü ilin ilk körpəsi

Yeni ilin ilk körpəsi saat 00:20-də 5 nömrəli doğum evində dünyaya gəlib. Nərgiz Rəhimovanın dünyaya gətirdiyi ilin ilk uşağı oğlandır, çəkisi 3 kq, boyu 50 sm-dir.

Xəstəxananın ginekoloqu Aygün Qasımovanın verdiyi məlumata görə ana-balanın vəziyyəti normaldır, doğuş təbii yolla baş verib.

Qeyd edək ki, ana Nərgiz Rəhimova 5 ildir ki, övlad həsrəti ilə yaşayırdı və yeni ilin ilk günündə ilk övlad sevincinə qovuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə