Həmrəylik Günü münasibətilə Nyu Yorkda silsilə tədbirlər keçirilib
Nyu York şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra bayram tədbirləri keçiriblər.
Daimi nümayəndəlikdən bildiriblər ki, tədbirlər Nyu Yorkda yenicə yaradılmış Amerika-Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.
Tədbirlərdə türk, yəhudi icmalarının və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar, BMT yanında daimi nümayəndəliyin əməkdaşları və digər xarici qonaqlar iştirak ediblər.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunduğu diqqətə çatdırılıb və həmin vaxtdan etibarən bütün dünya azərbaycanlılarının bu günü bayram kimi qeyd etdikləri vurğulanıb.
Qonaqlar Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik etmiş, bu bayramın əhəmiyyətini vurğulayıblar.
Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılara müraciəti iştirakçıların diqqətinə çatdırılıb.
Nyu Yorkda yaşayan azərbaycanlı sənət adamlarının ifasında muğamlarımızdan parçalar və xalq mahnılarımız səslənib.
Sonda bayram süfrəsi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB