Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibinin təqdimat mərasimi keçirilib. Türkiyənin təmsilçisi olan İƏT-in baş katibi Ekmələddin İhsanoğlu on ildir tutduğu vəzifəsini Səudiyyə Ərəbistanını təmsil edən İyad Amen Madaniyə təhvil verib. Yeni baş katib 2014-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaqdır.
İyad Amen Madani 1946-cı ildə Məkkədə anadan olub, ABŞ-da Arizona Universitetini bitirib, jurnalist kimi fəaliyyət göstərib, son illər İƏT-in Baş Katibliyində işləyib.
Oqtay Bayramov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB