Göyçayda bayram tədbirləri keçirilib

Göyçayda bayram tədbirləri keçirilib

Göyçay rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib. Bayram ərəfəsində Göyçay şəhərində təmizlik-abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, Heydər Əliyev parkı və prospekti, eləcə də digər mərkəzi küçələr bayramsayağı bəzədilib. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Bayramla əlaqədar Heydər Əliyev parkında konsert təşkil olunmuş, səsləndirilən şən mahnılar sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Parkda bayram gəzintisinə çıxan rayon sakinləri və qonaqlar Şaxta baba və Qar qızla xatirə şəkilləri çəkdirib, uşaqlara bayram hədiyyələri verilib.

Məktəblilərin qış tətilinin mənalı keçməsi üçün rayon mədəniyyət evində təşkil olunan bayram konsertləri də uşaqlara və valideynlərə xoş təsir bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə