Bütün bayramlarda köçkünləri yaddan çıxartmayan Respublika prokurorluğu bu dəfədə onları yada salıb. SİA-nın Qarabağ bürosu xəbər verir ki, 31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü öncəsi məcburi köçkünlərə ərzaq sovqatı verilib. Respublika prokurorluğu Bərdənin Meşəçilik institutunda müvəqqəti məskunlaşan 704 ailədən ibarət 2800 qaçqın və məcburi köçkünlərə 17,080 kiloqram həcmində müxtəlif növ ərzaq yardımı paylayıb.
İki qat bayram sevini yaşayan köckün ailələrə bayram payı olaraq un, yağ, şəkər tozu, çay və digər ərzaq məhsulları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB