“XXI əsrin memarları”

Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları(AzMİU TGT) İttifaqının (ATGTİ) və Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "XXI əsrin memarları" layihəsinin bağlanış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, "XXI əsrin memarları" layihəsi çərçivəsində müasir memarlıq sənəti, onun inkşaf tendensiyaları və Azərbaycanda memarlıq sənətinin inkşafı ilə bağlı müxtəlif seminarlar və master-klaslar təşkil olunub.

Layihin bağlanış mərasimində AzMİU TGT sədri Səfərli Asif tədbirin mövzusu barədə məlumat verərək sözü universitetin Təlim-tərbiyə məsələləri üzrə prorektoru Tofiq Qasımov Prezident İlham Əliyevin Tələbə Gənclər Təşkilatına münasibəti və hal-hazırda ölkəmizdə gənclər sektoruna olan böyük marağı qeyd edib

Daha sonra ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev layihə iştirakçılarını təbrik eləyib.

Daha sonra mükafatlandırma mərasimi keçirildi və tələbələrə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə