Fransanın "Vest Bromviç" komandasının hücumçusu Nikolya Anelka antisemitizmdə ittiham olunur. İngiltərənin Futbol Assosiasiyası "Vest Hem" komandası ilə oyunda (3:3) 34 yaşlı hücumçunun vurduğu qolun sevincini yaşayarkən yol verdiyi hərəkəti araşdırır.
Anelka sol əli ilə sağ çiyninə toxunub ki, bu da "quenelle" adlı nasist salamı kimi qəbul olunub. Futbolçu bu hərəkətin fransız komik aktyoru Dyedonne Mbala-Mbalaya aid olduğunu etiraf edib, lakin antisemitizm ittihamlarını rədd edib.
Mbala-Mbala öz şousunda bu hərəkətdən tez-tez istifadə edir və bu, hüquq müdafiəçiləri tərəfindən tənqid olunur. Artist bildirir ki, bu işarə nasist işarəsi deyil, yalnız antisionist işarədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB