“Globe Soccer” jurnalının versiyasına görə Ronaldu ilin ən yaxşı futbolçusudur

Dubayda "Globe Soccer" illik beynəlxalq konfransının versiyasına görə, Madridin "Real" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu 2013-cü ilin ən yaxşı futbolçusu adını qazanıb. Qalibi səsvermə yolu ilə planetin hər yerindən olan futbol azarkeşləri müəyyənləşdiriblər.

Xatırladırıq ki, Ronaldu həm də "Qızıl top"un – FİFA-nın versiyasına görə, ilin ən yaxşı futbolçusu mükafatına başlıca namizəddir. Bu nominasiyada onunla "Bavariya"dan olan Frank Riberi və "Barselona"dan Lionel Messi rəqabət aparırlar.

Bundan əvvəl "Real"ın hücumçusu "World Soccer" jurnalı tərəfindən planetin ən yaxşı futbolçusu adına layiq görülmüş və karyerasında ikinci dəfə bu mükafatı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə