Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bir ay öncə aparılan kadr islahatı ilə bağlı yaranmış vakansiya yerlərinə yeni şəxslər təyin olunub. SİA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, məsələ ilə bağlı ƏƏSMN Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına müraciət edib: "Müraciət əsasında sosial müdafiə sahəsi üzrə nazirliyə həm müsabiqədən, həm də müsahibədən keçmiş 35 nəfər ehtiyatda olan şəxsin məlumatları göndərildi. Onların hər birini vakant yerlərdə işləməyə dəvət etdik. Bu gün isə onlardan nazirliyin müvafiq vəzifələrində çalışması üçün 16 nəfərinin əmrini imzaladım".
Nazir qeyd edib ki, hazırda nazirliyin mərkəzi aparatında və ƏƏSMN-nin rayonlarda yerləşən mərkəzlərində ümumilikdə 150-yə yaxın vakant yer var: "Bu yerlər də Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasında qeydiyyatdan keçmiş ehtiyatda olan şəxslər vasitəsilə doldurulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB