Gəncə şəhər Baytarlıq İdarəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, idarənin əməkdaşları dekabrın 27-dən şəhərin bütün bazarlarında, eləcə də digər ət satışı məntəqələrində yoxlamalara başlayıb.
Əsas məqsəd bazarlarda əhaliyə satılan ət və ət məhsulları ilə insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasıdır.
Şəhər baytarlıq idarəsinin məlumatına görə, nəzarət tədbirləri zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB