Gələn ilin ilk növbədə olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq

Gələn ilin ilk növbədə olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq

"Böyük Vətən müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslərin avtomobillə təmin olunması üçün gələn il nazirliyin büdcəsinə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub". SİA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, bu vəsait hesabına 2014-cü il ərzində Böyük Vətən müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslər də avtomobillə təmin ediləcək: "Nazirliyin saytında bütün növbədə olan əlillərin siyahısı yerləşdirilib və bunun vasitəsilə hər bir kəs özü haqqında məlumat əldə edə bilər. Görüləcək işlər nəticəsində gələn il ərzində avtomobil növbəsində olan əlillərin siyahısı nazirliyin saytından çıxarılacaq və bu siyahıya artıq ehtiyac qalmayacaq".

Nazir onu da qeyd edib ki, 2014-cü ilin ilk yarısında avtomobil növbəsində olan Qarabağ müharibəsi əlilləri avtomobillə təmin olunacaq: "Bunun üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırıb. Naxçıvanda istehsal "Naz-Lifan" maşınlarının alınması üçün həmin zavodun Müşahidə Şurasının direktoru ilə görüş keçirdim. O, bizə söz verdi ki, artıq 300 maşının bütün komplektləşdirici ehtiyat hissələri gətirilib. Digər maşınlar üçün də ehtiyat hissələrinin gətirilməsi məqsədilə direktor yanvar ayının ortalarında Çinə səfər edəcək. 5 ay ərzində növbədə olan 650 nəfərə yaxın Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin hamısı avtomobillə təmin olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə