YAP Samux rayon təşkilatı Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edib FOTO
Samux rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı ilə birlikdə 31 dekabr dünya azərbaycanlılarının həmrəylik gününü və Yeni ili bir sıra tədbirlərlə qeyd ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bayram münasibəti ilə öz təbriklərini çatdırıb və bayramlar münasibəti ilə rayonda silsilə tədbirlərin keçirildiyini söyləyib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan dünya Azərbaycanlılarının həmrəylik günü, hər bir soydaşımız üçün ən əziz bayramlardan biridir. Ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, milli mənəvi dəyərlərimizin təbliğ olunmasında bu bayramın müstəsna rolu var. İndi 50 milyondan çox soydaşımızın qeyd etdiyi bu bayram milli birlik, həmrəylik və dostluq bayramına çevrilib. Bayram tədbiri rayon mədəniyyət işçilərinin konsert proqramı ilə davam edib.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB