Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində "Gənc Netçilər" olimpiada layihəsi üzrə qalib olublar. BANM-dan SİA-ya verilən məlumata görə, bu layihəyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ali məktəbdə respublika üzrə olimpiyadalar keçirilib.
Olimpiyadalar 5 istiqamət (iqtisadi biliklər, tarix, psixologiya, tibbi biliklər və gənc neftçilər) üzrə aparılır. Olimpiyadalarda iştirak etmək üçün 3000-ə yaxın tələbə qeydiyyatdan keçib və onlardan 500 nəfəri final mərhələsinə keçib. Olimpiyadaların qalibləri yanvar ayında Bakı Ali Neft məktəbində keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB