Gənclər üçün Təhsil Mərkəzi Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi "Gənclərin İnkişaf Akademiyası" layihəsi çərçivəsində Hacıqabul rayonunda növbəti tədbirlərə başlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirlərin keçirilməsində məqsəd müxtəlif şəhər və rayonlardan olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.
Hacıqabul rayonunda keçirilən tədbirlər bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə "Gənclərin İnkişaf Akademiyası" yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcəkdir. İkinci mərhələdə isə yaradılmış Akademiya vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulub.
Artıq layihə çərçivəsində nəzərdə tutulan bir neçə regionda sözügedən tədbirlər başa çatıb. Hazırda həmin regionlarla yanaşı, Hacıqabul rayonunda da gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur. Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB