Sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi haqqında qanun layihəsinə dəyişiklik ediləcək
"Tibbi-Sosial Ekspert Komissiyası sahəsində cidddi islahatlar həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmdov bu gün keçirdiyi mətbuat konfransında deyib.
TSEK-lərlə bağlı 1997-ci ildən mövcud olan əsasnamədə dəyişiklər ediləcəyini deyən nazir müavini vurğulayıb ki, həmin dəyişikliklərdə komissiyada çalışan həkimlərin iş yükü də nəzərə alınacaq: "Çünki artıq əhalimizin sayı 9 milyondan artıqdır. Buna görə də, mütləq qanunda dəyişiklik zəruriyyəti yaranıb. TSEK-lərin rayonlar üzrə bölgüsündə dəyişiklik edilməsi nəzərdə tutulub. Nazirlik tərəfindən əlillərin hüquqları haqqında yeni qanun hazırlanıb, başa çatmaq üzrədir. Qeyd olunan qanun layihəsi gələn ilin əvvəlində hökumətə təqdim ediləcək. Bundan əlavə sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, əlilliyin təyin edilməsi və sosial müdafiəsi haqqında qanunda da dəyişiklik ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB