Sumqayıtda 52 metr uzunluğunda tort marağa səbəb oldu

Sumqayıtda 52 metr uzunluğunda tort marağa səbəb oldu

Bu gün Sumqayıt şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Avropanın ən böyük tortu kəsilib. SİA-nın məlumatına görə, mərasimdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, bır sıra dövlət orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Sumqayıt şəhər sahibkarlarının təşəbbüsü ilə hazırlanan tortun uzunluğu 52 metr, çəkisi 12 tona yaxındır. Tortun hazırlanması üçün 25 minə yaxın yumurtadan, 2 tondan çox undan, 2 ton şəkərdən, 300 kiloqramdan çox qozdan istifadə edilib.

Avropanın ən nəhəng tortunun üzərində paytaxt Bakının, Azərbaycanın digər bölgələrinin və Sumqayıtın görüntüləri əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə