Miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1990-cı il dekabrın 18-də qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın qəbul edilmə tarixi olan 2000-ci il dekabrın 4-də Baş Məclis tərəfindən Beynəlxalq Miqrant Günü elan edilib.

Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı istiqamətində aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə imzalanmış və artıq öz bəhrəsini verməyə başlayan müqavilələr, tarixi "İpək Yolu"nun bərpası və ölkəmizin əlverişli geosiyasi mövqeyi respublikada miqrasiya axınının artmasına səbəb olub.

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə ölkədə bir sıra zəruri normativ hüquqi aktlar qəbul edilib, institusional və təşkilatı tədbirlər həyata keçirilib, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılıb.

Bunun üçün miqrasiya sahəsindəki qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Miqrasiya Məcəlləsinin qəbul edilməsi miqrasiya sahəsində hüquqpozmalara görə cinayət və inzibati məsuliyyəti müəyyənləşdirən qanunvericiliyin təkmilləşdirilməsi də bu işin tərkib hissəsidir.

Miqrantların qeydiyyat və uçotunun təkmilləşdirilməsi, pasport-viza, vergi, gömrük və sərhəd nəzarəti texnologiyalarının unifikasiyası, avtomatlaşdırılması və möhkəmləndirilməsi miqrasiya proseslərinin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə