Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün dünyasını dəyişib.
Bu barədə "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Z.Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB