31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüşdə iştirak edən hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu" tərəfindən rayonunun aztəminatlı ailələrə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.
Daha sonra görüş iştirakçıları adından çıxış edənlər Milli Qəhrəman anası Sərməgül Mütəllimova, Laçın rayonundan məcburi köçkün Cəlal Yusifov və müharibə veteran Paşa Məmmədov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə ərzaq yardımı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB