"Qarabağ əlilinin özünü yandıraraq intihara cəhd etməsi xoşagəlməz haldır. Hesab edirəm ki, əlilin bu yola əl atmamışdan qabaq problemləri araşdırılmalı idi". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov vurğulayıb ki, məmurların borcu xalqa xidmət etməkdir: "Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət belə hadisələrin baş verməsini özündə ehtiva etmir. Ona görə də biz məmurlar xalqa sədaqətlə xidmət etməliyik. Hər bir vətəndaşımızı dinləməliyik. Hesab edirəm ki, bu hadisə olmamalı idi. Şəxsən istəmirəm ki, Azərbaycanda belə hadisələr olsun və kənar qüvvələr bundan istifadə etsin.
B.Səfərov deyib ki, hər bir vətəndaş həmrəy olmalıdır: "Bir-birimizin qədrini bilməli, qayğısına qalmalıyıq. Hər kəs həmrəy olarsa, Azərbaycan da qalib gələcək. Hesab edirəm ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqları hər kəs mükəmməl şəkildə yerinə yetirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB