Gələn il Atatürk prospektində yerüstü piyada keçidi açılacaq

Gələn il Atatürk prospektində yerüstü piyada keçidi açılacaq

Bakının Atatürk prospekti, 47 ünvanında tikilən uzunluğu 86 m, eni 3 m, yerdən hündürlüyü 6,5 m-ə yaxın olan piyada keçidində son tamamlanma işləri gedir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçidin dayaqları, qapalı hissəsi tikilib, eskalatorlar quraşdırılıb.

3 giriş-çıxışdan ibarət olacaq keçiddə hazırda şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri gedir. 2014-cü ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, muasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə