Neft tullantılarının zərərsizləşdirilməsinə dair layihə hazırlanıb

Neft tullantılarının zərərsizləşdirilməsinə dair layihə hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu neft sənayesi tullantılarının yenidən istifadəsi və zərərsizləşdirilməsi istiqamətində tədqiqatlar aparıb. İnstitutdan SİA-ya verilən xəbərə görə, 60 min manat dəyərində olan layihənin rəhbəri "Enerjiqənaətedici radiasiya prosesləri" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevdir. 2012-2013-cü illəri əhatə edən "BTC neft kəmərləri obyektlərində ekoloji inventarlaşdırma və ətraf mühitin monitorinqi" adlı layihədə məqsəd neftin nəqli prosesinin tullantılarının ətraf mühitə təsirini minimuma endirməkdir.

Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Bakı, Hacıqabul, Kürdəmir Yevlax, Şəmkir, Ağstafa və digər şəhər və rayonlarda 80 günlük ekspedisiyalar təşkil olunub. Torpaq, su, hava və neft borularındakı tullantılardan götürülən nümunələrin analizi əsasında müəyyən nəticələr əldə edilib. Hazırda elmi cəhətdən əsaslandırılmış tövsiyələr hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə