“Azərbaycan İslamın incisidir” sərgisi Türkiyə mətbuatının marağına səbəb olub

“Azərbaycan İslamın incisidir” sərgisi Türkiyə mətbuatının marağına səbəb olub

İstanbuldakı "Çırağan" sarayında Xəzər Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil edilmiş "Azərbaycan İslamın incisidir" sərgisi Türkiyə mətbuatının marağına səbəb olub.

Türkiyənin "Star", "Yeni Şafak" qəzetlərində və internet portallarında ingilis yazıçısı Qrem Uilsonun "Bir Prezidentin portreti" kitabının təqdimatı çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanda bərpa olunub, habelə son illərdə inşa edilmiş məscidlərin fotoşəkillərinə geniş yer verilib. Bu qəzetlərin dərc etdikləri xəbərlərdə dövlətimizin din və vicdan azadlığına verdiyi böyük əhəmiyyət də vurğulanıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş sərginin eksponatları ötən ay Eskişehirdə elmi simpozium çərçivəsində də nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə