“Marie claire.it” onlayn jurnalında Bakının inkişafından bəhs edən məqalə dərc olunub
İtaliyanın nüfuzlu "Marie claire.it" onlayn jurnalında Azərbaycanın paytaxtı Bakının inkişafından bəhs edən məqalə dərc olunub.
Bakının gələcəyin şəhəri adlandırıldığı yazıda bildirilir ki, paytaxtımızın memarlığında qədimlik və müasirlik vəhdət təşkil edir. Son illər Bakıda müasir standartlara uyğun mədəniyyət ocaqları tikilib istifadəyə verilib.
Müəllif məqaləsində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi barədə ətraflı məlumat verib. Bildirib ki, muzeydə ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi üçün hər cür şərait yaradılıb. Orijinal memarlıq üslubu ilə seçilən muzeydə, eyni zamanda, qədim xalçaçılığın sirlərinə yiyələnmək istəyənlər üçün kurslar və mühazirələr təşkil edilir.
Yazıda müasirləşən Bakıda yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanalardan və restoranlardan, milli-mədəni irsimiz olan İçərişəhərdən, Dənizkənarı Milli Parkdan, müasir incəsənətin rəmzi sayılan "Alov qüllələri" kompleksindən və digər çoxmərtəbəli binalardan danışılır. Bildirilir ki, paytaxtımızda yeni salınan parklarda şəhər sakinlərinin, turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Məqalədə, həmçinin Venesiyada keçirilmiş "Love me, love me not" adlı sərgi haqqında da ətraflı məlumat verilib. Vurğulanıb ki, Aida Mahmudovanın rəhbəri olduğu "YARAT" Müasir İncəsənət Məkanının təşkil etdiyi sərgi böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB