Məcburi köçkün ailəsinə bayram sovqatı veriləcək

Nazirlər Kabinetinin bölgüsünə əsasən, hər bayramda olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İlin gəlişi münasibətilə qaçqın və məcburi köçkünlərin ərzaq təminatını yaxşılaşdırmaq məqsədi ilə Gəncədə müvəqqəti məskunlaşan məcburi köçkünlərə bayram sovqatı veriləcək. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Süleyman Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, artıq bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Məcburi köçkünlərə müxtəlif növ ərzaq məhsulları Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi tərəfindən paylanacaq.

Qeyd edək ki, Gəncədə ümumilikdə 5 min 500 ailədə 16 min 500 nəfər məcburi köçkün yaşayır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...