Z. Həsənovun sökülən obyektinə 100. 000 manat veriləcək qərar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib. SİA-nın xəbərinə görə, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov mətbuata açıqlamasında deyib ki, Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq AHİK-in icraiyyə Komitəsi qərara alıb ki, onun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülsün və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilsin. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100. 000 (yüz min) manat məbləğində maddi yardım edilsin. Ona ölkə xaricində malicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödənilsin. Qərarda deyilir ki, Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Qeyd edək ki, bu gün Qarabağ qazilərinin nümayəndələrinin və Z. Həsənovun AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevlə görüşü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...