“Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri” adlı layihənin təqdimatı olub

“Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri” adlı layihənin təqdimatı olub

Azərbaycan Polis Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Təkan" Tələbə Gənclərin İctimai Birliyinin "Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri" adlı layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Akademiyanın rəisinin şəxsi heyət üzrə böyük köməkçisi Polis mayoru Anar Əliyev, Akademiyanın psixoloqu Polis kapitanı Rasif Müzəffərov, Akademiyanın kurs rəisləri Polis polkovnik leytenantı Cavanşir Novruzov, Polis mayoru Mehman Hüseynov, Akademiyanın kurs rəis müavinləri Polis mayoru Osman Vəliyev, Polis baş leytenantı Elvin Əhmədov, Gənclər və İdman Nazirliyinin sektor müdri Elşən Hüseynov, "Təkan" TGİB-nin sədri Leyla Kərimova və birliyin üzvləri iştirak ediblər.

Təqdimatdan öncə qonaqlar Akademiyanın nəzdində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar. Daha sonra layihə iştirakçıları akademiya ilə tanış olublar.

Təqdimat mərasimini Akademiyanın rəisinin şəxsi heyət üzrə böyük köməkçisi Polis mayoru Anar Əliyev açaraq akademiyada belə bir layihənin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Gənclər və İdman Nazirliyinin sektor müdri Elşən Hüseynov çıxış edərək layihə haqqında fikirlərini gənclərlə bölüşüb.

Təşkilat və layihə haqqında məlumat verən "Təkan" TGİB-nin sədri Leyla Kərimova belə layihələrin gələcəkdə də akademiyada keçirilməsinin vacibliyini vurğulayıb.

L.Kərimova layihənin həyata keçirilməsində göstərdiyi köməkliyə görə akademiyaya təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə "Təkan" TGİB tərəfindən çap edilən "Özünəqəsdin sosial-psixoloji amilləri" adlı kitabın müəllifi Diyanə Hüseynova layihə haqqında geniş təqdimat edərək təlimlər keçib. Təlimin sonunda Akademiyaya "Özünəqəsdin sosial-psixoloji amilləri" adlı kitab hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə