Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə Gənclər fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Günay Məmmədovanın müəllifi olduğu "Gənclər klubu" layihəsi öz işini başa çatdırıb.
Bununla bağlı keçirilən tədbirdə diqqətə çatdırılıb ki, gənclər böyük qüvvədir və tarixin bütün dövrlərində inkişafın hərəkət verici qüvvəsi olub. Heç bir cəmiyyət gəncliyi olmadan ayaqda qala bilməz. Azərbaycan gəncliyi sağlam, milli-mənəvi dəyərlərə, öz soy kökünə sıx bağlı olmalı, əxlaqi dəyərlərə hörmətlə yanaşmalıdır. Bu mühitdə yetişən gənclik vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ilə gələcəyə doğru daha böyük inamla addımlayacaq.
Vurğulanıb ki, "Gənclər klubu" layihəsinin əsas məqsədi də məhz gəncləri gələcək həyata düzgün istiqamətləndirmək olub.
"Gənclər klubu" cəmiyyətdə nüfuz qazanan, çalışdığı sahədə böyük uğur, təcrübə əldə edən insanlarla görüşlər, dəyirmi masalar təşkil edib. Həmin ziyalılar müstəqil həyatın başlanğıcında olan gənclərə doğru yol göstərib, onları maraqlandıran mövzuları müzakirəyə çıxarıb. Aparılan müzakirələrdə tanınmış ziyalılarımız gəncləri bir daha üzərilərinə düşən məsuliyyəti və vəzifəni həyata keçirməyə yönəldiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB