"Milli Qəhrəmanların gənclərə tanıdılması" layihəsinə yekun vurulub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsa Məmmədovun müəllifi olduğu "Milli Qəhrəmanların gənclərə tanıdılması" adlı layihəyə yekun vurulub.
Tədbirdə qeyd olunub ki, 1988-ci ildə mənfur ermənilər Vətənimizə təcavüz edib, Azərbaycan ərazisinin bir qismi erməni işğalçıları tərəfindən zəbt olunub. Azərbaycanın minlərlə igid oğulları torpaqlarımızın müdafiəsinə qalxıblar. Müharibə qansız itkisiz ötüşmür. Azərbaycan xalqı da bu haqq işində on minlərlə şəhid verib, yüzlərlə cəsur oğullarımız Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bu layihənin əsas məqsədi milli qəhrəmanların həyatını, şərəfli ömür və döyüş yolunu gənclərə tanıtmaq onları məlumatlandırmaq olub.
O da diqqətə çatdırılıb ki, Azərbaycanın milli qəhrəmanlarının həyatı hər bir gənc üçün bir örnək, bir nümunə olmalıdır. Onların döyüş şücaətləri həyat yolunun düzgün təbliği qələbəyə aparan yolu yaxınlaşdırmaq deməkdir. Bu baxımdan qəhrəmanların tanıdılması istiqamətində keçirilən dəyirmi masalar, görüşlər, çəkilən sənədli filmlər gənclərə vətənpərvərlik hissələrinin daha da güclənməsinə təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB