AMEA gənc alimlərə evlərin tikilməsi üçün ölkə başçısına müraciət edəcək

AMEA gənc alimlərə evlərin tikilməsi üçün ölkə başçısına müraciət edəcək

"AMEA gənc alimlərə evlərin tikilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edəcək". SİA-nın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə Gənc Alim və Mütəxəssislər Şurasının Təsis Konfransındakı çıxışı zamanı deyib.

Onun sözləırinə görə, gənc alimlərin evsizlik probleminin həll olunmaması onların elmi araşdırmalar istiqamətində göstərdikləri fəaliyyətə maneələr yaradır: "Bu il jurnalistlər üçün inşa edilən yaşayış binası istifadəyə verildi və jurnalistlərin bu sahədə yaranan problemləri müəyyən qədər aradan qaldırıldı

A.Əlizadə vurğulayıb ki, gənc alimlərin sosisal problemlərinin kökündə evsizlik durur: "Bunu nəzərə alan AMEA ölkə başçısına müraciət edəcək. İnanıram ki, istiqamətdə atacağımız addımlar öz bəhrəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə