Çingiz Qənizadə yeraltı dayanacaqlarının qiymətlərindən şikayətləndi

Çingiz Qənizadə yeraltı dayanacaqlarının qiymətlərindən şikayətləndi

Milli Məclisin bugünkü iclasında millət vəkili Çingiz Qənizadə şəhərdəki tıxac problemindən danışıb. SİA-nın məlumatına görə, o, tıxac probleminin həlli üçün Bakıda yeraltı dayanacaqların tikildiyini xatırladaraq bildirib ki, dayanacaqlarda qiymətlər çox bahadır.

"Şəhər mərkəzindəki həmin dayanacaqlarda maşını 6 saatdan yuxarı saxlamaq üçün 6 manat ödəmək lazımdır. Deməli, ayda 150 manat yalnız maşın dayancağına pul verilməlidir. O ərazidə yaşayan insanlar ümumiyyətlə hər günə 10 manat, ayda 300 manat pul ödəməli olacaqlar. Dünyanın heç yerində belə qiymətlər yoxdur. Dövlətin siyasəti nəticəsində dayanacaqlar tikilib istifadəyə verilib. Amma kimlərsə bundan daha çox qazanc əldə etməyə çalışırlar".

Spiker Oqtay Əsədov isə dayanacaqların idarə olunması səlahiyyətinin özəl qurumlarda olduğunu deyib: "Dayanacaqlar boş qalanda, məcbur olub qiyməti aşağı salacaqlar, bu, özü tənzimlənməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə